Nazir öz ofisində yaxın dostu tərəfindən güllələnib
Dominikan Respublikasının ətraf mühit və təbii sərvətlər naziri Orlando Xorxe Mera öz kabinetində yaxın dostu tərəfindən güllələnib.
Dominikan Respublikası Prezidentliyindən verilən açıqlamada ətraf mühit və təbii sərvətlər naziri Orlando Xorxe Meranın öldürüldüyü açıqlanıb.
2020-ci ilin avqust ayından bu vəzifəni icra edən Meranın yaxın dostu Migel Kruz tərəfindən öldürüldüyü bildirilib.
Qətldən sonra şübhəli Kruz polis tərəfindən yaxalansa da, hadisənin səbəbi barədə məlumat verilməyib.
Turizm Nazirliyinin də yerləşdiyi binanın 4-cü mərtəbəsində törədilən qətl hadisəsindən sonra ətrafda sıx təhlükəsizlik tədbirləri görülüb.
Hüquqşünas olan Mera Müasir İnqilab Partiyasının qurucu üzvləri arasında idi.