Sosial şəbəkələri gündəmə gətirən “intiqam” videosu… Onu aldadan sevgilisinə bunu edib
Sosial şəbəkələrdə gündəmə gələn videoda onu aldatdığını iddia edən sevgilisini cəzalandırmaq istəyən və gənc qadının saçını kəsdirən kişinin görüntüləri yer alıb. Kadrlarda gənc qadının göz yaşları içində stulda oturduğu, kişinin isə amansızlıqla saçlarını qayçı ilə kəsdiyi görünür.
BEY.AZ bildirir ki Reddit-də yayımlanan bir video qısa müddətdə sosial mediada minlərlə baxış və şərhə çatdı. Aldadıldığını iddia edərək sevgilisinin saçını kəsdirən kişinin görüntüləri qısa zamanda sosial media istifadəçiləri arasında müzakirələrə səbəb olub. Bəziləri kişinin davranışını bəyənsə də, bəziləri bunun zorakılığın başqa bir versiyası olduğunu bildirərək reaksiya verib.
GÖZYAŞLARINA HAKİM OLA BİLMƏDİ
Kişi sevgilisinin saçını qayçı ilə kəsərkən gənc qadının göz yaşlarına hakim ola bilmədiyi diqqət çəkib. Həmin anlar sosial şəbəkədə böyük əks-səda doğurub. Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti xəyanətin pis bir şey olduğunu qəbul etsə də, cəza üsulunu müzakirə ediblər.