fbpx

Taliban xaşxaş sahələrini məhv etməyə başladı

Rüya Yorumları burda

Əfqanıstanda narkotik maddələrin becərilməsi və istehsalı qadağan edildikdən sonra Taliban administrasiyası xaşxaş sahələrini məhv etməyə başlayıb.

2021-ci ildə ölkəni ələ keçirən Taliban aprel ayında verdiyi qərarla Əfqanıstanın hər yerində hər cür əyləncəli dərmanların istifadəsi, ticarəti və istehsalının qadağan edildiyini açıqlamışdı.

Mövzu ilə bağlı açıqlama verən Talibanın daxili işlər nazirinin narkotikdən məsul müavini Molla Əbdülhək Ahund, sözügedən qadağanı pozanların “tutularaq şəriət qanunlarına uyğun olaraq müvafiq məhkəmələrdə mühakimə olunacaqlarını” bildirib.

Bu arada bildirilib ki, Daxili İşlər Nazirliyinə bağlı qruplar əsasən ölkənin cənubunda becərilən tarlalarda məhvetmə işlərinə başlayıb.

Əfqanıstan dünyada ən çox tiryək istehsal edən ölkələr arasında birinci yerdədir.

Rüya tabirlerini burdan oku

Xaşxaşdan əldə edilən tiryək Avropa və ABŞ daxil olmaqla, Avstraliyaya qədər geniş coğrafiyada satışa çıxarılır.

Bu vəziyyət beynəlxalq ictimaiyyətdə ciddi reaksiyalara səbəb olub.

İqtisadi böhran məngənəsində olan ölkədə fermerlərin ən ciddi problemi ekvivalent gəlir gətirəcək alternativ məhsul tapa bilməmələridir.

Bildirilir ki, qadağa bu məhsuldan əldə olunan gəlirə güvənən milyonlarla yoxsul fermer və gündəlik işçiyə ağır zərbə vuracaq.

Talibanın qadağası beynəlxalq maliyyənin kəsildiyi və ölkə iqtisadiyyatının çökdüyü bir vaxta təsadüf edib.

Əhalinin böyük bir hissəsi əsas ərzaq məhsulları əldə etmək üçün mübarizə aparır və ölkə son illərin ən pis quraqlığını yaşayır.

Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsinin (UNODC) son hesabatına görə, 2021-ci ildə Əfqanıstanda tiryək istehsalının ümumi dəyəri 1,8-2,7 milyard dollar arasında olub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu