Xudatda qadın narkotacir həbs edilib
Xudatda qadın narkotacir həbs edilib.
Bu barədə “Kriminalqafqaz”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) Xudat Polis Bölməsinin əməkdaşları keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən Xudat şəhər sakini Reyhan Mirzəyevanı saxlayıblar.
Həmin şəxsin üzərinə baxış keçirilən zaman 300 qrama yaxın narkotik vasitə olan heroin və külli miqdarda psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.
Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.