fbpx

100 milyonluq fiasko – Ulduz futbolçu təəccüblü seçim etdi


“Mançester Yunayted”in 107 milyon dollar ödəyərək heyətinə qatdığı Antoni klubdan ayrılır.

BEY.AZ xəbər verir ki, 10 klubun futbolçunun xidmətində maraqlı olduğu bildirilir. “The Sun” qəzetinin məlumatına görə, Yunanıstanın “Olimpiakos” klubu futbolçu ilə razılıq əldə etmək üzrədir. Braziliyalı oyunçunun mövsümün fasiləsində icarə müqaviləsi ilə “Olimpiakos”a qoşulmaq istədiyi iddia edilib. “Mançester Yunayted” Antoninin gedişinə razılıq verib. Antoninin agenti Junior Pedroso bildirib ki, “Mançester Yunayted” maddi məsələləri həll etsə, oyunçu icarəyə getməyə hazırdır, lakin futbolçu yenidən İngiltərəyə qayıdaraq, klubda öz istedadını nümayiş etdirmək istəyir.

Qeyd edək ki, Antoni bu mövsüm 12 matçda iştirak edib və cəmi 356 dəqiqə meydanda qalıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Ana Sayfa