fbpx

​“Muğan Bank”da olan əməkhaqqı kartlardakı pullar necə qaytarılacaq?

​“Muğan Bank”da olan əməkhaqqı kartlardakı pullar necə qaytarılacaq?
👁 1
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

“Mərkəzi Bankın qərarı ilə lisenziyası ləğv edilən “Muğan Bank”da olan əməkhaqqı və plastik kartlardakı pullar Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya edilməlidir”.

BEY.AZ xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, qanunvericiliyə əsasən, həmin kartlarda olan pullar dövlət tərəfindən vətəndaşlara ödənilməlidir:

“Fiziki şəxslərin cari hesablarındakı vəsaitlər də qorunan pullardır. Bu zaman da faizli əmanətlər də olduğu kimi 100 min manat maksimum kompensasiya ediləcək məbləğdir. Fiziki şəxslərin kartlarında olan vəsaitlər ləğvedici təyin edildikdən sonra qanunvericiliyə uyğun olaraq qorunan əmanət kimi vətəndaşlara ödənilir. Bunun üçün ləğvedici tərəfindən agent bank seçilir və həmin vəsaitlərin qaytarılması müəyyən edilmiş qaydada həyata keçirilir. Kompensasiyaların ödənilməsi prosesinə növbəti ayın sonlarında start veriləcəyi gözlənilir”.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Muğan #Bankda #olan #əməkhaqqı #kartlardakı #pullar #necə #qaytarılacaq Ana Sayfa