fbpx

Sumqayıtda silahlı hücumda yaralananların vəziyyəti AÇIQLANDI

Sumqayıtda silahlı hücumda yaralananların vəziyyəti AÇIQLANDI
like 7
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasında müalicəsi davam etdirilən 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsindən Cərrahiyyə şöbəsinə köçürülüb. Vəziyyəti stabildir.

BEY.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 1960-cı il təvəllüdlü Tərlan Fərəcova Reanimasiya şöbəsində müalicəsini davam etdirir, vəziyyəti orta ağır qiymətləndirilir.

1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, hadisə oktyabrın 28-də Sumqayıt şəhəri Corat bağları yaşayış massivində qeydə alınıb. Odlu silahdan açılan atəş nəticəsində 2 nəfərin ölümü və 4 nəfərin xəsarət alması ilə nəticələnən cinayət hadisəsini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Tağıyev Müşviq Məhəmməd oğlu saxlanılıb.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Sumqayıtda #silahlı #hücumda #yaralananların #vəziyyəti #AÇIQLANDI Ana Sayfa