fbpx

AFFA 3 klubu cərimələdi

AFFA 3 klubu cərimələdi
👁 1
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XI turunda keçirilən oyunlarda baş vermiş neqativ hallara görə 3 klubu cərimələyib.

BEY.AZ xəbər verir ki, “Sumqayıt” 1800 manat ziyana düşüb.

Təcili tibbi yardım avtomobili “Qəbələ” ilə matça (0:0) təyin edilmiş vaxtdan gec gəldiyi üçün “gənclik şəhəri” təmsilçisi 1000 manat xərc çəkməli olacaq. Qarşılaşma bitdikdən sonra meydana kənar şəxslərin daxil olması klubun daha 800 manat cərimələnməsinə səbəb olub.

“Qarabağ”ı 2:1 hesabı ilə məğlub edən “Araz-Naxçıvan”ın 6 futbolçusunun sarı vərəqə alması klubun 700 manat cərimə ilə üzləşməsinə gətirib çıxarıb. 5 futbolçusu sarı vərəqə alan “Qarabağ” da eyni məbləğdə cərimə ödəyəcək.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #AFFA #klubu #cərimələdi Ana Sayfa