fbpx

Amfibiya təyyarəmiz Türkiyədə yanğınlarla mübarizə tədbirlərini davam etdirir

Amfibiya təyyarəmiz Türkiyədə yanğınlarla mübarizə tədbirlərini davam etdirir
👁 1


Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədəki güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

BEY.AZ xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, ötən gün ərzində təyyarə Uşak-Eşme istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir.








ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Ana Sayfa