Site icon BEY.AZ

Yaponiyada qasırğa səbəbindən 3 nəfər öldü

Yaponiyada qasırğa səbəbindən 3 nəfər öldü


Yaponiyanın Kyuşu adasında qasırğa səbəbindən 255 minə yaxın ev işıqsız qalıb.

BEY.AZ xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Yoşimasa Hayaşi məlumat verib.

Yoşimasa Hayaşi bildirib ki, torpaq sürüşməsi nəticəsində azı 3 nəfər ölüb, bir nəfər itkin düşüb.

NHK-nın məlumatına görə, Kyuşu adasında 54 nəfər xəsarət alıb.

Sinoptiklərin məlumatına görə, qasırğa saatda 15 km sürətlə hərəkət edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Exit mobile version