Site icon BEY.AZ

Dövlət Reyestrində “Niastol” adda dərman yoxdur

Dövlət Reyestrində "Niastol" adda dərman yoxdur


Xəbər verdiyimiz kimi, bu gün Göygöl rayonunda “Niastol” adlı dərmandan 4 uşaq nəfər zəhərlənib. Onlardan biri – 10 yaşlı uşaq vəfat edib.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən BEY.AZ-a verilən məlumata görə, Azərbaycan Respublikası Dərman Vasitələrinin Dövlət Reyestrində “Niastol” adda məhsul qeydiyyatdan keçməyib və idxalına icazə verilməyib.

“Niastol” adlı kimyəvi preparat baytarlıqda mal-qaranın dezinfeksiyasında istifadə edilir.

Qeyd edək ki, hadisənin uşaqların başlarını bit dərmanı ilə yuduqlarına görə baş verdiyi ehtimal olunur.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Exit mobile version