Site icon BEY.AZ

“Qarabağ”ın rəqibləri bəlli olur – CANLI

"Qarabağ"ın rəqibləri bəlli olur - CANLI


Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin püşkü atılacaq.

BEY.AZ xəbər verir ki, Monakoda keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Mərasimdə Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqiblərinin adına aydınlıq gələcək. Ağdam klubu 3-cü səbətdə yer alacaq.

“Köhlən atlar”ın 8 rəqibi dəqiqləşəcək. “Qarabağ” bunların dördü ilə evdə, digərləri isə səfərdə oynayacaq.

Birinci səbət: “Roma”, “Latsio” (hər ikisi İtaliya), “Mançester Yunayted”, “Tottenhem” (hər ikisi İngiltərə), “Ayntraxt” (Almaniya), “Portu” (Portuqaliya), “Ayaks” (Niderland), “Reyncers” (Şotlandiya), “Slaviya” (Çexiya).

İkinci səbət: “Real Sosyedad” (İspaniya), AZ (Alkmaar, Niderland), “Braqa” (Portuqaliya) “Lion” (Fransa), “Fənərbağça” (Türkiyə), “Olimpiakos”, PAOK (hər ikisi Yunanıstan), “Makkabi” (Tel-Əviv, İsrail), “Ferentsvaroş” (Macarıstan).

Üçüncü səbət: “Qarabağ” (Azərbaycan), “Qalatasaray” (Türkiyə), “Viktoriya” (Plzen, Çexiya), “Budyo Qlimt” (Norveç), “Yunion” (Belçika), “Dinamo” (Kiyev, Ukrayna), “Ludoqorets” (Bolqarıstan), “Midtyullann” (Danimarka), “Malmö” (İsveç).

Dördüncü səbət: “Atletik” (Bilbao, İspaniya), “Hoffenhaym” (Almaniya), “Nitsa” (Fransa), “Anderlext” (Belçika), “Tvente” (Niderland), “Beşiktaş” (Türkiyə), “Styaua” (Rumıniya), RFS (Latviya), “Elfsborq” (İsveç).UEFA Avropa Liqasının püşkatma mərasimi



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Exit mobile version