Site icon BEY.AZ

Xankəndi şəhərinə ilk investisiyaların həcmi açıqlandı

Xankəndi şəhərinə ilk investisiyaların həcmi açıqlandı


2023-cü ildə Qarabağ iqtisadi rayonuna investisiyaların həcmi 2 milyard 254,4 milyon manat təşkil edib.

BEY.AZ bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu isə 2022-ci illə müqayisədə 20% çoxdur. Belə ki, 2022-ci ildə bu rəqəm1 milyard 887,2 milyon manat təşkil edib.

Bu dövrdə Xankəndi şəhərinə ilk dəfə 31,5 min manat sərmayə qoyulub.

Məlumata görə, ümumi investisiyaların 33.1 %-i Füzuli rayonuna, 27.8 %-i Şuşa rayonuna, 26,2 %-i Ağdam rayonuna yönəldilib. Hesabat dövründə Qarabağ iqtisadi rayonuna daxil olan Ağcabədi rayonuna sərmayə qoyuluşu 84,3 % artaraq 76,6 milyon manata, Bərdə rayonuna 3,5 dəfə azalaraq 10,65 milyon manata, Xocalı rayonuna 20,8 dəfə arataraq 5,3 milyon manata, Xocavənd rayonuna 34,9 % azalaraq 112,1 milyon manata, Tərtər rayonuna sərmayə qoyuluşu isə 42,2 % artaraq 86,15 milyon manata çatıb, Ağdərə rayonuna isə sərmayə ayrılmayıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Exit mobile version