Site icon BEY.AZ

Manatın dövretmə sürəti iyulda cüzi artıb

Manatın dövretmə sürəti iyulda cüzi artıb


Bu il avqustun 1-nə Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 3,41 bənd təşkil edib.

BEY.AZ Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 0,02 bənd çox, ilin əvvəlinə nisbətən 0,07 bənd az, illik müqayisədə isə 0,39 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Exit mobile version