fbpx

125 mindən çox qaçqın Suriyaya qayıtdı

👁 46

Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra 125 mindən çox qaçqın ölkələrinə qayıdıb.

BEY.AZ xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Suriyadakı nümayəndəsi Qonzalo Varqas Llosa açıqlama verib. O, Suriyalı qaçqınların ölkələrinə qayıtması ilə bağlı X səhifəsində paylaşım edib. BMT nümayəndəsinin sözlərinə görə, Suriyaya qayıdan qaçqınlar ölkənin dirçəlməsini istəyir. Llosa beynəlxalq ictimaiyyətin gündəmində olan Suriyada yenidənqurma işlərinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Bəşər Əsəd rejiminin devrilməsindən sonra əsasən Türkiyə və Livandakı suriyalılar vətənlərinə qayıdıb. Hələb və Dəməşqə on minlərlə qaçqının köçdüyü bildirilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Ana Sayfa