fbpx

İsrail, ABŞ və Böyük Britaniya Yəməndə birgə əməliyyat təşkil etdi

İsrail, ABŞ və Böyük Britaniya Yəməndə birgə əməliyyat təşkil etdi
👁 27

ABŞ, Böyük Britaniya və İsrailin hava qüvvələri Yəmənin paytaxtı Səna və Hudeydə əyalətində əməliyyat təşkil edib.

BEY.AZ xəbər verir ki, bu barədə İranın dəstəklədiyi husilərin nəzarətindəki mənbə açıqlama verib. Husilərə bağlı SABA xəbər agentliyi üsyançıların nəzarətində olan paytaxt Sənada insanların Qəzzaya dəstək nümayişləri üçün toplaşdığı Sebiin Meydanı yaxınlığına hava hücumları edildiyini bildirib. Ölkənin qərbində Qırmızı dəniz sahilində yerləşən Hudeydə əyalətinə də hücumların olduğu, Hudeydə limanı və Rəs İsa limanının 6 hava hücumu ilə hədəf alındığı bildirilib.

İsrailin dövlət televiziyası KAN da İsrailin ABŞ və Böyük Britaniya ilə birgə Yəməndəki husilərin mövqelərinə ilk dəfə hava hücumu təşkil etdiyini açıqlayıb. Fəsadlar barədə açıqlama verilməyib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Ana Sayfa