Myanma ordusu Ramri adasına hava hücumu təşkil edib.
BEY.AZ xəbər verir ki, hava zərbələri nəticəsində əksəriyyəti Rohinca müsəlmanlarından ibarət 41 nəfərin həyatını itirdiyi, 50 nəfərin isə yaralandığı bildirilib. Məlumata görə, iki təyyarə bölgəyə bombalar atıb. Hava hücumunda çoxlu evin zərər gördüyü bildirilib. Qeyd edək ki, Myanmada hökumətə bağlı ordu ilə silahlı qruplardan olan Arakan Ordusu arasında qarşıdurma davam edir. Qruplaşma Kyauk Ni Mav kəndinə nəzarət edir.
Arakan Ordusunun sözçüsü Khaing Thukha, ordunun mülki insanları hədəf aldığını və müharibə cinayətləri törətdiyini irəli sürüb. Kənddə Buddist icmalarının olduğunu və müsəlmanlarla yaxşı münasibətdə olduqlarını bildirən Kyauk, kəndin Arakan əyaləti üçün əhəmiyyətli təchizat mərkəzi olduğunu bildirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.