fbpx

Magistraturaya qəbul balları qalxacaq? – AÇIQLAMA

Magistraturaya qəbul balları qalxacaq? - AÇIQLAMA
👁 34

Universitetlərin magistratura səviyyəsi üçün qəbul imtahanları yaxınlaşır. Bəs bu il keçid ballarının aşağı düşməsi, yoxsa qalxması gözlənilir? Əsasən, hansı ixtisasların ballarında dəyişikliklər ola bilər?

Bu barədə təhsil eksperti Rizvan Fikrətoğlu BEY.AZ-a açıqlamasında bildirib ki, magistratura imtahanı iki tarixdə keçirilir. Adətən birinci və ikinci tarix arasında təxminən iki ay vaxt olur ki, bakalavrlar cəhd edib növbəti dəfə ballarını yüksəldə bilsinlər:

“Son illərlə müqayisədə keçən il ballarda daha çox aşağı düşmə olmuşdu. Mən düşünmürəm ki, bu il ballarda azalma olsun. Əksinə, artım olmasını gözləyirəm. Amma nə birinci, nə də ikinci cəhd qəbul hələ olmadığına görə, konkret fikir bildirmək çox çətindir. Yəni biz bakalavrların nəticəsini bilmirik, əlimizdə statistika yoxdur. Amma illərin təcrübəsinə əsaslansaq, görərik ki, keçən ilki ballardan daha aşağı bal gözlənilmir. Ümumilikdə balların qalxma ehtimalı daha çox ola bilər”.

BEY.AZ

Ekspertin fikrincə, balların yüksəlmə ehtimalı tibb, eləcə də İKT yönümlü ixtisaslarda daha aydın hiss ediləcək.

Sevinc İbrahimzadə / BEY.AZ




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Ana Sayfa