fbpx

​Məşhur cütlüyün mülkləri yanğında kül oldu

​Məşhur cütlüyün mülkləri yanğında kül oldu
👁 34

Los-Anceles şəhərində başlayan güclü meşə yanğını dünyaca tanınmış simaların malikanələrinin olduğu yerə qədər irəliləyib.

BEY.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, 2014-cü ildə ailə quran Beren Saat və Kənan Doğulu cütlüyünün 2018-ci ildə Los-Ancelesdə 1 milyon 200 min dollara aldığı malikanə yanaraq kül olub. Mediada yayılan xəbərlərə görə, cütlük dəymiş ziyanı öyrənmək üçün həmin əraziyə getməyi planlaşdırır.

Qeyd edək ki, sözügedən ərazidə bir çox türkiyəli məşhurlar mülk sahibidir.

Siyahıda 2015-ci ildə xanımı Sinem Koballa Los-Ancelesdə ev alan Kənan İmirzalıoğlunun adı da var.

Şəhərədə ev sahibi olanlar arasında məşhur aktyor Cağatay Ulusoy da var. 2020-ci ildə Los-Ancelesdə restoran açan Ulusoyun həmin ərazidən ev də aldığı məlumdur.

Serenay Sarıkaya 2018-ci ildə Kerem Bürsinlə münasibəti zamanı Los-Ancelesdə mənzil alıb. Türkiyə KİV-də yayılan xəbərlərə görə, həmin evin qiyməti 500 min dollardan çoxdur.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Ana Sayfa