fbpx

Hekayələr

​Serbiya Prezidenti Azərbaycana təşəkkür etdi

​Serbiya Prezidenti Azərbaycana təşəkkür etdi
👁 32

Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycana təşəkkürünü bildirib.

BEY.AZ “Report”a istinadən xəbər verir ki, bu barədə Serbiya lideri sosial şəbəkədə yazıb.

“Azərbaycandan olan qardaş və dostlarımız məni məlumatlandırdılar ki, fors-major səbəbindən yaranan obyektiv problemlərə baxmayaraq, Serbiyaya qaz təchizatı dayandırılmayacaq. Azərbaycana və tezliklə Belqradda böyük səbirsizliklə gözlədiyim Prezident İlham Əliyevə sonsuz təşəkkürümü bildirirəm”, – dövlət başçısı qeyd edib.

Xatırladaq ki, daha əvvəl “AnewZ” hökumət mənbələrinə istinadən Azərbaycandan Serbiyaya qaz nəqlinin ikiaylıq dayandırılması ilə bağlı xəbərlərin həqiqəti əks etdirmədiyini bildirmişdi.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Ana Sayfa