Sumqayıtda səhər saatlarında avtomobildə müəmmalı şəratdə yanaraq ölən şəxsin kimliyi məlum olub.
BEY.AZ “Report”a istinadən xəbər verir ki, ”Kia” markalı avtomobildə ölən şəxs 1986-cı il təvəllüdlü Fikrət Fikrət oğlu Həsənlidir.
Qeyd edək ki, səhər saatlarında şəhərin Kimyaçılar qəsəbəsində “Kia” markalı, 50 CT-685 dövlət qeydiyyat nişanlı avtomobil və onun içərisində olan 1 nəfər yanaraq külə dönüb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.