Türkiyə Super Liqasında “Qalatasaray”dan geridə olan “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyonun klubdan ayrılacağı barədə iddialar dərc edilib.
BEY.AZ xəbər verir ki, bu iddialardan sonra “Fənərbaxça” tərəfinin məşqçi Sergen Yalçınla görüşdüyü iddia edilmişdi. Məsələyə münasibət bildirən Sergen Yalçın iddiaları təkzib edib. O bildirib ki, sosial mediada paylaşılan xəbərlər həqiqəti əks etdirmir. Sergen Yalçının sözlərinə görə, “Fənərbaxça” ilə müzakirə aparılacaq məsələ yoxdur. İddialara münasibət bildirən “Fənərbaxça”nın prezidenti Ali Koç da Sergen Yalçınla bağlı xəbərlərin həqiqəti əks etdirmədiyi bildirilib.
Qeyd edək ki, Joze Mourinyonun “Fənərbaxça” ilə müqaviləsi gələn il yekunlaşır. “Fənərbaxça” çempionatda uğurlu oyun nümayiş etdirə bilmir. Joze Mourinyonun “Fənərbaxça”dakı işi tənqid edilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.