fbpx

Başqasının maşınında meyiti tapıldı – DETALLAR üzə çıxdı

Başqasının maşınında meyiti tapıldı - DETALLAR üzə çıxdı
👁 31

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərində bir nəfər avtomobildə yanaraq ölüb. Avtomobilin sahibi Rusif Nəzərov maşınında ölən şəxsi tanımadığını bildirib.

BEY.AZ xəbər verir ki, TNS hadisənin təfərrüatlarını əldə edib.

Məlumata görə, avtomobili yandıran şəxs 1985-ci il təvəllüdlü Fikrət Həsənli narkotik aludəçisi olub və tüfeyli həyat tərzi keçirib. Bir ay əvvəl Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsindəki mənzillərdən birinə kirayə köçən F. Həsənli əsasən, gecə saatlarında yaşadığı evi tərk edib, küçələrdə gəzirmiş. Yanvarın 12-də saat 04:00 radələrində otaq yoldaşlarının birinin mobil telefonunu da götürüb evdən çıxıb. Saat 06:00 radələrində küçədə Rusif Nəzərova məxsus avtomobilin şüşəsini qıraraq maşına daxil olub. O, avtomobilin ön oturacağına od vuraraq maşının içərisində oturub. Nəticədə F. Həsənli avtomobillə birlikdə yanıb. Avtomobildəki yanğın söndürülərkən onun yanmış meyiti aşkarlanıb.

Xatırladaq ki, yanvarın 12-də səhər saatlarında Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində, qəsəbə sakini Rusif Nəzərova məxsus “KİA Sorento” markalı avtomobildə yanğın baş verib. Avtomobildə F. Həsənlinin yanmış meyiti tapılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Ana Sayfa