“Real Madrid”də əsas heyətə düşməkdə çətinlik çəkən Arda Güler barədə yeni iddia ortaya atılıb.
BEY.AZ xəbər verir ki, məşqçi Karlo Ançelotti Ardanın icarəyə göndərilməsini irəli sürüb. İddialara görə, Ançelotti, icarəyə getməsinin futbolçunun təcrübə qazanması üçün ən yaxşı həll yolu olacağına və onun “Real Madrid”də uğur qazanması üçün lazım olan səviyyəyə çatmasına imkan verəcəyinə inanır. İddia edilir ki, Ançelotti Ardaya oynamaq istəyirsə klubdan getməli olduğunu bildirib.
Qeyd edək ki, Karlo Ançelotti Arda Gülerə çox oyun şansı verməsə də, ona güvənini ifadə edib. “Bayer Leverkuzen”, “Borussiya Dortmund”, “Real Sosyedad”, “Milan” və digər iddialı komandaların Arda Gülerin xidmətində maraqlı olduğu irəli sürülür. Bundan əvvəl, “Real”ın Ardanın oyunlarını yaxından izləyə bilməsi üçün onu İspaniyadakı kluba icarəyə verə biləcəyi barədə xəbərlər dərc edilmişdi.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.