Cəbrayıl şəhərində 165 nəfərdən ibarət 39 ailəyə mənzillərin açarları təqdim edilib.
BEY.AZ xəbər verir ki, mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Cəbrayıla daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzillər verilib.
Qeyd edək ki, bu mərhələdə Cəbrayıl şəhərinə 39 ailə – 165 nəfər köçürülüb:
– Biləsuvar rayonundan – 20 ailə (91 nəfər);
– Bakı şəhərindən – 11 ailə (40 nəfər);
– Şirvan şəhərindən – 2 ailə (5 nəfər);
– Zaqatala rayonundan – 1 ailə (8 nəfər);
– Cəlilabad rayonundan – 1 ailə (6 nəfər);
– Şabran rayonundan – 1 ailə (5 nəfər);
– Mingəçevir şəhərindən – 1 ailə (4 nəfər);
– Hacıqabul rayonundan – 1 ailə (4 nəfər);
– Sumqayıt şəhərindən – 1 ailə (2 nəfər)
Beləliklə, ümumilikdə Cəbrayıl şəhərinə cəmi 326 ailə ( 1334 nəfər) köçürülüb.
Xatırladaq ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır.
***
09:05
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
BEY.AZ xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə 39 ailə – 165 nəfər köçürülüb.
Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.