İranın xarici işlər naziri Abbas Ərakçinin gələn həftə Nyu-Yorka səfəri planlaşdırılır.
BEY.AZ “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bakai yanvarın 13-də keçirdiyi mətbuat konfransında açıqlama verib.
Məlumata görə, nazirin səfəri BMT Təhlükəsizlik Şurasında (Nyu-York) xarici işlər nazirləri səviyyəsində keçiriləcək Fələstin mövzusundakı müzakirələrlə əlaqədardır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.