Rusiyada 4 günlük iş həftəsinə keçid müzakirə olunur. Təbii ki, bu, bütün sahələri də əhatə etmir.
Bəs Azərbaycanda 4 günlük iş həftəsi mümkün ola bilər?
Mövzu ilə əlaqədar iqtisadçı ekspert Fuad İbrahimov BEY.AZ-a açıqlamasında bildirib ki, ölkəmizdə pandemiya dövründə məsafədən işləmə təcrübəsini sınaqdan keçirmişik və bu, mümkün olub.
Ekspert vurğulayıb ki, bəzi sahələrdə mütləq əyani şəkildə iştirak etmək vacibdir, yoxsa iş getməz:
“Məsələn, istehsal prosesində, səhiyyədə, arzuolunandır ki, təhsildə də bu, belə olsun. Düzdür, distant təhsil olmasına baxmayaraq, real rejim daha məqsədəuyğundur. İş həftəsinin 4 günlüyə keçirilməsi isə, əslində, mümkündür. Amma bunu bütün sahələrə şamil etmək olmur. Misal üçün, hüquq-mühafizə orqanları, Daxili İşlər Nazirliyinin əməkdaşları, demək olar ki, hər gün iş başındadırlar. Eyni zamanda səhiyyə sahəsi də fasiləsiz xidmət göstərir. Amma digər sektorlarda – dövlət sektorunda, iş rejiminin tələbnaməsi olmayan sektorlarda bunu tətbiq etmək olar”.
İqtisadçının fikrincə, bu rejimin hansısa mənfi təsiri olmaz, çünki distant rejim belə pandemiya bu baxımdan özünü doğruldub.
Sevinc İbrahimzadə / BEY.AZ
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.