ABŞ-ın Los-Anceles şəhəri və ətrafında davam edən yanğınları nəzarət altına almaq hələlik mümkün deyil.
BEY.AZ xəbər verir ki, yaşayış məntəqələrinə çatan yanğın indiyədək 40 min hektar ərazini kül edib. Məlumata görə, 50 min insan üçün təxliyə əmri verilib, 700-dən çox təxliyə edilmiş sakin sığınacaqlara yerləşdirilib. Bildirilir ki, sakinlərin itkin düşənlər barədə məlumat verə biləcəyi məlumat bazası yaradılıb. Milli Meteoroloji Xidməti yanğını gücləndirə biləcək küləklərin davam edə biləcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, minlərlə evə ziyan vuran təbii fəlakətdə azı 24 nəfər həyatını itirib. İtonda 16, Palisadesdə isə 8 nəfərin öldüyü bildirilir. Açıqlamada 16 nəfərdən xəbər alınmadığı və bu rəqəmin arta biləcəyi vurğulanıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.