Fransa hərbçiləri Çaddakı daha bir bazadan çıxıblar.
BEY.AZ xəbər verir ki, Fransa ilə Çad arasında əməkdaşlıq müqaviləsinin ləğvindən sonra fransız əsgərləri Çadın Abeçe şəhərindəki Abeçe Hərbi Bazasını da boşaldıblar. Təhvil-təslim mərasimində Fransa və Çad rəsmiləri iştirak edib. Abeçe qubernatoru Baçar Ali Souleymane bildirib ki, bu tarixi qərar Çadın müdafiə və təhlükəsizlik qüvvələrinə olan etimadın nümayişidir. Tədbirin ardından tərəflər Fransa əsgərlərinin yerləşdiyi hərbi bazanın Çad ordusuna təhvil verilməsi müqaviləsini imzalayıblar. Bazada olan 120 fransız əsgərindən 90-ı ölkəni tərk edib.
Qeyd edək ki, Çad hökuməti Fransa ilə imzalanan, müdafiə sənayesi və təhlükəsizlik sahələrində əməkdaşlığı gücləndirmək məqsədi daşıyan müqaviləni ləğv edib. Müqaviləyə əsasən Fransanın bütün əsgərləri Çadı tərk edəcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.