İtaliyadakı bəzi bank və qurumlara təşkil edilən kiberhücumlar barədə açıqlama verilib.
BEY.AZ xəbər verir ki, hücumların rusiyapərəst hakerlər tərəfindən təşkil edildiyi irəli sürülüb. İtaliyanın ANSA agentliyi, “İntesa” və “Monte Paschi” də daxil olmaqla bəzi bankların, həmçinin Taranto və Trieste limanlarının və bəzi özəl qurumların internet saytlarının rusiyapərəst hakerlər qrupunun kiberhücumuna məruz qaldığını bildirib. Açıqlamada qeyd olunub ki, Milli Kibertəhlükəsizlik Agentliyi kiberhücumlara məruz qalan qurumlara dəstək verib və sözügedən saytların fəaliyyətini davam etdirməsi üçün çalışıb. Hakerlərin hücumlarının Ukrayna prezidenti Vladimir Zelenskinin İtaliyaya səfəri ərəfəsində baş verməsi diqqət çəkib.
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski Romaya səfər edib. Səfər zamanı İtaliyanın bəzi dövlət qurumlarının saytları kiberhücumlara məruz qalıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.