Suriya ərazilərinin işğalını davam etdirən İsrail ordusu Beddua bölgəsinə qədər irəliləyib.
BEY.AZ xəbər verir ki, Beddua bölgəsi paytaxt Dəməşqin Mezze hərbi hava limanindan təxminən 20 kilometr aralıda yerləşir. Məlumata görə, İsrail ordusu 61 illik Əsəd rejiminin devrilməsindən sonra ölkənin cənubunda işğalını davam etdirən İsrail ordusu 3 buldozer və tankın müşayiəti ilə təxminən 30 əsgərlə Quneytra əyalətinin ətrafında yerləşən Əl-Malikə və əl-Rafeed qəsəbələrinin qərbindəki Deriyat bölgəsinə daxil olub. Qazıntı işləri aparan və İsrail sərhədindən Dəriyat bölgəsinə torpaq yol açan ordu, sakinlərə məxsus əraziləri yararsız vəziyyətə salıb. Yerli sakinlərin sözlərinə görə, işğalçı qüvvələr kəndlərə, Malikə qəsəbəsinə və Dereyya ərazisinə də daxil olub və bu ərazilərdə torpaqları hamarlayıb.
Qeyd edək ki, bundan əvvəl İsrail Quneytra əyalətinin əl-Əşa, əl-Hiran, Əbu Qara və Məzrət əl-Hiran qəsəbələrində də mülki yaşayış məntəqələrinə ziyan vurub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.