Lionel Messinin “İnter Mayami” ilə müqaviləsi bu ilin sonunda yekunlaşır.
BEY.AZ xəbər verir ki, futbolçu “İnter Mayami” ilə müqaviləsini 2026-cı ilə qədər uzada bilər. Məlumata görə, eyni zamanda Messinin “Barselona”ya qayıtmaq ehtimalı da ortaya çıxıb. “Marca”nın məlumatına görə, “İnter Mayami” rəhbərliyi Messi ilə müqaviləni 2026-cı ilin sonuna qədər uzatmağa hazırdır. Bu da futbolçunun ABŞ-da keçiriləcək dünya çempionatında iştirak etməsinə imkan verəcək. Bildirilir ki, Messinin məqsədi karyerasını bitirməzdən əvvəl 2026 FİFA Dünya Kubokunda Argentina milli komandasının kapitanı olmaqdır. Məlumata görə, yeni müqavilədə Messiyə mövsümün fasiləsində ABŞ-dan kənarda oynamağa icazə verən bənd daxildir. Bu bənd Messiyə Avropaya qayıtmaq imkanı verir və “Barselona” Messini icarə əsasında heyətinə qatmaq imkanını nəzərdən keçirir.
Qeyd edək ki, ABŞ-da fasilə olarkən, Avropada çempionat oyunları davam edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.