Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 8-də keçirilən mətbuat konfransında bildirib ki, “Biz heç vaxt sovet dövründə Ermənistanda azərbaycanlıların yaşadığını, Sovet İttifaqının dağılması ilə birlikdə Ermənistanı tərk etdiklərini gizlətməmişik. Azərbaycanlılar Ermənistanı heç bir məcburi köçkünlük olmadan, sivil şəkildə tərk ediblər”. Xarici işlər nazirinin bəyanatından bir neçə gün əvvəl isə bu bəyanatın tam əksini sübut edən – Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də “Yerkrapa” terror təşkilatının üzvləri ilə görüşündə Qərbi azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti ilə bağlı çıxışı ictimailəşmişdi.
BEY.AZ xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzinin (STM) Qərbi azərbaycanlılar arasında apardığı rəy sorğusunun nəticələri Ermənistan hökumətinin mövqeyinin və xarici işlər nazirinin mətbuata açıqlamalarının saxta olduğunu, səsləndirilən fikirlərin regional həqiqətləri təhrif etdiyini, azərbaycanlıların indiki Ermənistan ərazisindən könüllü şəkildə ayrılması barədə bəyanatın real faktlarda ziddiyyət təşkil etdiyini və onların etnik təmizləmə siyasətinin qurbanı olduğunu ifşa edib.
Xarici işlər nazirinin sözügedən açıqlamalarını nəzərə alaraq, sorğu iştirakçılarına tarixi torpaqları tərk edərkən Ermənistan hökuməti tərəfindən onlara hər hansı kompensasiya ödənilib-ödənilmədiyi barədə sual ünvanlanıb. Onların arasında kompensasiya aldığını bildirən olmayıb. Sorğuda iştirak edənlərin 98.5 faizi heç bir kompensasiya almadığını bildirib. Beləliklə, sorğunun nəticələri 160 mindən çox azərbaycanlının Ermənistan hökumətindən təzminat alması iddialarının saxta olmasına dair faktiki sübut əhəmiyyətində qiymətləndirilə bilər.
Qeyd edək ki, sorğular 2025-ci il yanvarın 9-12-də 1000 Qərbi azərbaycanlı arasında keçirilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.