Rusiyaya dəstək olaraq Ukrayna ilə müharibəyə qatılan Şimali Koreya əsgərlərindən bəziləri əsir götürülüb.
BEY.AZ xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski əsirlərin görüntülərini paylaşaraq Şimali Koreya lideri Kim Çen Ina məhbus mübadiləsi təklifi edib. Məlumata görə, hərbçilər Kurskda əsir götürülüb.Zelenski bildirib ki, Ukrayna ordusu daha çox əsir götürmək üzrədir.
Zelenski, “Dünyada Rusiya ordusunun Şimali Koreyanın hərbi yardımına ehtiyacı olduğuna heç bir şübhə olmamalıdır. Putin üç il əvvəl NATO-ya ultimatumlar verməklə və tarixi yenidən yazmağa cəhd etməklə işə başlamışdı. Lakin indi Pxenyanın dəstəyi olmadan davrana bilmir. Rusiyada əsir götürülən ukraynalı hərbçilərin mübadiləsini təşkil edəcəyi halda Ukrayna Kim Çen Inın əsgərlərini ona təhvil verməyə hazırdır” -deyə bildirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.