fbpx

Təl-Əvivə PUA ilə hücum edildi

Təl-Əvivə PUA ilə hücum edildi
like 38

Yəməndəki husi üsyançıları İsrailin paytaxtı Təl-Əvivin Yaffa rayonu və Eylat şəhərinə hücum edib.

BEY.AZ xəbər verir ki, bu barədə husilərin hərbi sözçüsü Yəhya Seri açıqlama verib. O husilərin “Əl-Məsirə” telekanalına açıqlamasında bildirib ki, çoxlu sayda silahlı pilotsuz uçuş aparatı ilə iki uğurlu hərbi əməliyyat həyata keçirilib. Seri, əməliyyatlarda Təl-Əviv yaxınlığındakı Yafa bölgəsini və cənubdakı Eylat şəhərindəki elektrik stansiyasını hədəf aldıqlarını bildirib. Seri hər iki əməliyyatın məqsədlərinə çatdığını bildirib.

Qeyd edək ki, İsrailin Qəzzaya irimiqyaslı hücumlarından sonra husilər HƏMAS-a dəstək məqsədi ilə İsrailə raket və PUA-larla hücumlar həyata keçirib. Ardınca İsrail, ABŞ və Böyük Britaniya qüvvələri Yəməndə hüsilərin mövqelərini bombalayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Ana Sayfa