Site icon BEY.AZ

Bu ərazilərdə daşınmaz əmlak bahalaşacaq

Bu ərazilərdə daşınmaz əmlak bahalaşacaq

Xəbər verdiyimiz kimi, Bakıda 10 yeni metro stansiyanın açılması planlaşdırılır.


Bəs bu, həmin ərazilərdəki mənzillərin satış və kirayə qiymətlərinə necə təsir edəcək?

Əmlak eksperti Elnur Azadov BEY.AZ-a açıqlamasında bildirib ki, metro açılan yerdə daşınmaz əmlakın qiyməti həmin ərazidə qalxır:


“Lakin təqdim olunan xəritə üzrə həmin metro stansiyaların hara düşməsi hələ dəqiq bilinmir. Eyni zamanda bizim ölkədə metro stansiyaların açılışı, metro xətlərinim çəkilməsi olduqca uzun çəkən prosesdir. Mənim fikrimcə, bu, 5-6 ildən tez olmayacaq. Məsələn, “8 Noyabr” metro stansiyasının açılışı təxminən 10 ilə yaxın vaxt aldı. Yaxud “Həzi Aslanov” metrosunun çıxışında bir dənə də çıxış var ki, 11-12 ildir orada iş gedir. Ona görə də bu barədə nəsə demək hələlik tezdir”.

Əmlak agenti Sənani Yusubov isə qeyd edib ki, metroya yaxın yerlər əsasən obyektlər üçün önəmlidir. Sözügedən ərazilərdə obyektlətin 1 m² satışı ən az 10 min manat olacaq. Bu zaman həm də icarəsi bahalaşır.

Sevinc İbrahimzadə / BEY.AZ



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Exit mobile version