İndoneziya hökuməti uşaqların sosial şəbəkələrə çıxışını məhdudlaşdırmağı nəzərdə tutan yeni qanun hazırlayır.
BEY.AZ xəbər verir ki, bu barədə ölkənin rabitə naziri Meutya Hafid bildirib.
Nazir qeyd edib ki, planlaşdırılan addım rəqəmsal mühitdə uşaqların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Prezident Subianto da təşəbbüsü birmənalı şəkildə dəstəkləyib.
Məlumata görə, İndoneziyanın bu qərarı Avstraliyanın təcrübəsini nümunə götürməklə verilib. Hələlik İndoneziyada sosial şəbəkələrə giriş üçün minimum yaş həddi müəyyənləşməyib.
Xatırladaq ki, Avstraliyada 16 yaşdan kiçik uşaqlara sosial mediadan istifadəyə qadağa tətbiq edilib və texnologiya şirkətlərinə bu qaydalara riayət etmək üçün ciddi tələblər qoyulub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.