fbpx

Gürcüstanın Baş naziri Bakıya gəlir

Gürcüstanın Baş naziri Bakıya gəlir
like 36

Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Azərbaycan Respublikasına səfər edəcək.

BEY.AZ xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək. Toplantıya hər iki ölkənin Baş nazirləri sədrlik edəcəklər və iclasa geniş tərkibli hökumət nümayəndələri qatılacaq.

Gürcüstan nümayəndə heyətinə Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri Maka Boçorişvili, ətraf mühit və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili, mədəniyyət naziri Tinatin Ruxadze və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani daxildir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Ana Sayfa