fbpx

Mərkəzi Bankdan yeni qərar – Fevralın 15-nə qədər…

Mərkəzi Bankdan yeni qərar - Fevralın 15-nə qədər...
like 39

Azərbaycan Mərkəzi Bankı (AMB) innovativ maliyyə məhsullarının onun nəzarəti altında məhdud şəkildə sınaqdan keçirilməsini təmin edən xüsusi tənzimləmə rejiminin ikinci dövründə iştirakla bağlı müraciətlərin qəbulu müddətini 1 ay – fevralın 15-nə qədər uzadıb.

BEY.AZ bu barədə AMB-yə istinadən xəbər verir.

Xatırladaq ki, xüsusi tənzimləmə rejiminin meyarlarına uyğun gələn məhsullar AMB ilə bağlanılacaq müqavilə əsasında sınaqda iştirak etmək hüququ qazanacaq.

Xüsusi tənzimləmə rejimində iştirak etmək üçün “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası”nın 4.2-ci bəndində qeyd olunan sənədləri və məlumatları xüsusi internet səhifəsi (sandbox.cbar.az) vasitəsilə və yaxud yazılı şəkildə təqdim etmək mümkündür. Suallar yarandığı təqdirdə [email protected] ünvanına müraciət etmək olar.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Ana Sayfa