fbpx

Bu avtomobillərin qiymətində enmə var

Bu avtomobillərin qiymətində enmə var
like 69

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, son 2 ildə maşınların orta statistik dəyəri 58 faizə qədər artıb. Qeyd edək ki, yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycana idxalı qadağandır.

Bəs bu, bazarda köhnə maşınların qiymətlərinə necə təsir edib?

Mövzu ilə əlaqədar Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev BEY.AZ-a açıqlamasında bildirib ki, ölkəyə idxal olunan maşınların sayında azalma olanda belə dəyəri artır:

“Artıq iki ilə yaxındır ki, ölkəyə idxal olunan avtomobillərin dəyəri yüksəlib. Bu o deməkdir ki, əvvəllər ucuz qiymətə haradan gəldi köhnə, xarab, hətta iki maşından bir maşın düzəlmiş avtomobillər belə ölkəyə daxil olurdu. Amma bu gün artıq qismən yararlı avtomobillər Azərbaycana gəlir. Düzdür, indi idxal olunanların da bəzilərinin artıq istismar müddəti bitib, sadəcə 10 il şərtinə görə ölkəyə daxil olurlar. Əvvəlki illərə nisbətdə, əlbəttə ki, istismar müddəti bitmiş avtomobillərin sayı azalıb. Avtoparkımızda isə avtomobilə həmişə tələbat olub və olacaq”.

BEY.AZ

Ekspertin sözlərinə görə, insanlar yeni avtomobil almağa daha çox üstünlük verirlər:

“Artıq vətəndaşlarımız da başa düşürlər ki, köhnə avtomobil almaq onlara sərf etmir. Onlar ölkədə gedən avtomobil sahəsindəki gedişatları, utilizasiya prosesini, bununla bağlı rüsumları görürlər başa düşürlər ki, gələcəkdə bu avtomobillərlə bağlı həm avtomobilin özünün yenilik məsələsi, həm rüsumlar məsələsi yaranacaq. Ancaq bazarda köhnə avtomobillərin qiymətinin qalxması kimi süni artımlar “maşın alverçiləri” tərəfindən həmişə olub. Reallıqda isə biz görürük ki, artıq dəbdəbəli avtomobillərin köhnəlmişlərində, ili çox olan avtomobillərin qiymətində enmələr var. Bunun da səbəbi odur ki, insanlar yeni avtomobil almaq istəyirlər”.

E.Əliyev qeyd edib ki, vətəndaşın avtomobili nağd ala bilməsi üçün bank kreditlərinin aşağı olması mütləqdir:

“Ölkədə elektrik və hibrid avtomobilləri üçün ilkin ödəniş 10 və 20 faiz nisbətində verilir. Elektriklər 10 faiz, hibridlər isə 20 faiz ilkin ödənişlə təqdim olunur. Amma bu, daxili yanma mühərriki ilə, yəni ənənəvi avtomobillərə də tətbiq olunsa, əlbəttə ki, insanlar niyə gedib köhnə maşın alsın? Hamı təzə maşın sürmək istəyir, lakin bu gün Mərkəzi Bank tərəfindən banklara verilmiş səlahiyyətə əsasən, banklar avtomobilləri 50 faiz ilkin ödənişlə təqdim edir. Əgər bu ilkin ödəniş həcmi 15-20 faiz nisbətinə düşsə, yeni avtomobillərin satışı daha da sürətlənər və bizim köhnə avtomobil parkımız daha sürətlə yenilənər”.

Sevinc İbrahimzadə / BEY.AZ



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Ana Sayfa