ABŞ hələ də Çin, Kanada və Meksikadan gələn mallara tariflər tətbiq etmək istəyir

ABŞ hələ də Çin, Kanada və Meksikadan gələn mallara tariflər tətbiq etmək istəyir
like 61

ABŞ Prezidenti Donald Tramp hələ də fevralın 1-dən Çin, Kanada və Meksikadan gələn mallara 2,5% universal tarif ideyasından imtina edərək gömrük rüsumları tətbiq etməyi planlaşdırır.

BEY.AZ TASS-a istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt brifinqdə bildirib.

“Kanada və Meksika üçün 1 fevral tarixi hələ də qüvvədədir” – deyən sözçü əlavə edib ki, bu, Çinə də aiddir:

“Mən sizə ancaq prezidentin bu barədə dediklərinə işarə edə bilərəm. Onun fevralın 1-də Kanada, Meksika və Çin üçün dediyi tariflər. O, 2,5%-lik tarifləri rədd etdi. Bunun bir az aşağı olduğunu dedi. Daha yüksək olmasını istəyir”.

Xatırladaq ki, Tramp daha əvvəl bildirmişdi ki, Vaşinqton Meksika və Kanadadan 25%, Çindən isə 10% həcmində ticarət tarifləri tətbiq edə bilər. Onun sözlərinə görə, onlar fevralın 1-dən qüvvəyə minə bilər.

Turan İSMAYIL

Ana Sayfa