Çinin neft və qaz hasilatı ilk dəfə ildə 400 milyon tonu keçdi

Çinin neft və qaz hasilatı ilk dəfə ildə 400 milyon tonu keçdi
like 78

Çinin neft və təbii qaz hasilatı 2024-cü ildə ilk dəfə olaraq 400 milyon ton ekvivalentini ötüb.

BEY.AZ xəbər verir ki, bu barədə Çinin energetika məsələləri üzrə Dövlət İdarəsi məlumat yayıb.

Hesabatda qeyd olunur ki, 2023-cü illə müqayisədə artım təxminən 10 milyon tondur. Hasilat ardıcıl səkkizinci aydır ki, bu sürətlə artır.

Məlumata görə, ötən il neft hasilatı 1,8 % artaraq 213 milyon tona çatıb. Xüsusilə, şist neft hasilatı 30 %-dən çox artaraq 6 milyon ton təşkil edib.

Ana Sayfa