Avropa birjasında qazın qiyməti 14 aydan sonra 550 dolları ötdü

Avropa birjasında qazın qiyməti 14 aydan sonra 550 dolları ötdü
like 51

Birja ticarəti zamanı Avropada qazın qiyməti uzun müddətdən sonra 1 000 kubmetr üçün 550 ABŞ dolları səviyyəsini ötüb.

BEY.AZ xəbər verir ki, bunu London ICE birjasının məlumatları göstərir.

Məlumata görə, günün əvvəlindən 6 %-ə yaxın artım qeydə alınıb və 15 noyabr 2023-cü il tarixindən bəri ilk 550 dollar səviyyəsi üstələnib.

Belə ki, Niderlandın TTF qovşağında fevral fyuçerslərinin qiyməti 1 000 kubmetr üçün 552 dollara və 51,24 avro MVt/saata (avro-dolların cari məzənnəsinə əsasən, ICE qiymətləri MVt/saat üçün avro ilə təqdim olunur) qalxıb.

Ana Sayfa