İran və Azərbaycan rəsmiləri hansı məsələləri müzakirə edəcək?

İran və Azərbaycan rəsmiləri hansı məsələləri müzakirə edəcək?
like 117

Xəbər verdiyimiz kimi, İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi Azərbaycana səfərə gəlib. Onun rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

Bəs görüşlərdə hansı məsələlərin müzakirə olunması gözlənilir?


Politoloq Əlimusa İbrahimov BEY MEDİA-a açıqlamasında ABŞ ilə İran arasında müharibə istiqamətində güclənən polemikaya diqqət çəkib.

Onun sözlərinə görə, bir tərəfdən Tramp İranı onun irəli sürdüyü tələblərə cavab vermədiyi halda ciddi cəzalandıracağı barədə xəbərdarlıqlar edir, digər tərəfdən ABŞ-nin irəli sürdüyü şərtlərin qəbuledilməz olması barədə İrandan bəyanatlar səsləndirilir:

“ABŞ özünü İrana qarşı hücuma hazırlanmış kimi, İran da bu hücumdan müdafiə olunmağa qərarlı kimi aparır. Hansı tərəfin əsəblərinin son anda davam gətirməyəcəyi hələ məlum deyil. İran Amerika və İsraillə müharibəyə ciddi hazırlaşdığını bildirir. Bu hazırlaşma təkcə hərbi qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirməklə sərhədlənmir. Qonşular və müttəfiqlərlə gözlənilən müharibə ilə bağlı müzakirələrin aparılması da bu hazırlığın tərkib hissəsi hesab olunmalıdır. Bu baxımdan İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayinin ölkəmizə səfərini baş verməsi ehtimal olunan Amerika, İsrail-İran müharibəsi zamanı Azərbaycanın tutacağı mövqenin müəyyənləşdirilməsi məqsədi ilə həyata keçirildiyini də düşünmək olar. Azərbaycanla İran arsında müzakirə olunası çoxlu sayda məsələlərin mövcud olmasına baxmayaraq, gözlənilən müharibə mövzusunun prioritet təşkil edəcəyini düşünürəm”.

Ə.İbrahimov bildirib ki, İran Prezidenti Pezeşkianın Azərbaycana səfər edəcəyi ilə bağlı məlumatlar mütəmadi kütləvi informasiya vasitələrində dövriyyəyə buraxılır. Mehdi Sənayinin Azərbaycana səfəri zamanı bu məsələ də müzakirə oluna bilər:

“Müzakirə olunası digər məsələlər arasında Azərbaycanla Ermənistan arasında imazalanması nəzərdə tutulan sülh müqaviləsi, Zəngəzur dəhlizi və Avropadan olan müşahidəçilərin Ermənistanda fəaliyyət ola bilər. Azərbaycan üçün maraqlı olan məsələlərdən biri də İranın “qırmızı xətlərinin” hələ də yerində qalıb-qalmamasıdır. Məlum olduğu kimi, İran Ermənistanla olan sərhədini əsas gətirərək Zəngəzur dəhlizinin açılmasına qarşı çıxırdı. Tehranın bu məsələdə mövqeyinin hansı səviyyədə olduğu müzakirə predmeti ola bilər”.

Sevinc İbrahimzadə / BEY MEDİA



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Ana Sayfa