Repetitor fəaliyyəti son illərdə geniş yayılıb və təhsil sistemindəki bəzi boşluqları doldurmaq, həmçinin əlavə gəlir qazanmaq məqsədilə çox sayda insan bu sahəyə üz tutub. Lakin repetitorluq fəaliyyətinin qeyri-rəsmi şəkildə həyata keçirilməsi, xüsusilə ev şəraitində işləyənlərin vergi ödəməməsi məsələsi, həm sosial, həm də iqtisadi baxımdan mübahisə doğurur.
Bəs repetitorlar vergiyə cəlb olunmalıdırlar?
İqtisadçı ekspert Günay Hüseynova BEY MEDİA-a açıqlamasında bildirib ki, repetitorlar vergi ödəməlidir:
“Lakin bu, “repetitor” bazarında qiymətlərin artmasına səbəb olacaq. Yenə də yük valideynin üzərinə düşəcək. Məsələnin digər iqtisadi tərəfinə gəldikdə isə, bunu nə dövlət, nə vergi əməkdaşları izləməkdə çətinlik çəkir. Vergiyə cəlb olunarsa, hazırlığa gələn 30 şagirddən 5-i qeyd ediləcək. Buna görə də ya hazırlıq mərkəzində, ya da dərsdən sonra məktəbdə keçirilsə, həmçinin vəsaitin dövlət bankına ödənməsi, yaxud həmin vəsaitin müəllimin maaşına əlavə əmək haqqı kimi ödənməsi daha şəffaf olar deyə düşünürəm”.
“İstənilən əmək fəaliyyəti ilə məşğul olan şəxs vergisini ödəməlidir. Dövlət büdcəsinin əsasını qeyri-neft sektorunda vergi və yığımlar təşkil edir. Hər kəs qanunvericilik qarşısında bərabərdir. O şagirdin valideyni işləyib gəlir vergisini ödəyirsə, repetitor nə üçün ödəməməlidir?”, – deyə iqtisadçı qeyd edib.
Sevinc İbrahimzadə / BEY MEDİA
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.