Yeni müharibə başlaya bilər – “İki ölkə ilə məhdudlaşmayacaq”

Yeni müharibə başlaya bilər - "İki ölkə ilə məhdudlaşmayacaq"
like 156

“Hazırda Amerika Birləşmiş Ştatları İranla bağlı problemləri həll etməyə cəhd göstərir”.

Bu sözləri BEY MEDİA-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.


O bildirib ki, ABŞ-nin prezidenti Donald Tramp son vaxtlar İran rəhbərliyi ilə yazışmalara başlayıb və həmin yazışmalarda faktiki olaraq İranı təhdid edir:

“Prezident Trampın İrana qarşı iki əsas təklifi mövcuddur. Bu təkliflərdən birincisi İran nüvə proqramından tamamilə imtina etməlidir. Əgər İran bu təkliflə razılaşmasa, ABŞ-nin planladığı ikinci variant dərhal həyata keçirilməlidir. Ağ Evin nəzərdə tutduğu ikinci variant isə ondan ibarətdir ki, İranın nüvə texnologiyası ilə bağlı bütün obyektləri bombardman edilərək darmadağın edilməlidir. Yəni ABŞ hesab edir ki, İran ya nüvə proqramından əl çəkməlidir, ya da müharibə variantı gündəmə gələcək”.

E.Xalidbəyli qeyd edib ki, hazırda bu məsələ ilə bağlı tərəflər arasında qarşılıqlı ittihamlar və təhdidlər var:

“Müşahidələr göstərir ki, Ağ Ev İranla bağlı haqq-hesab niyyəti ciddidir və bu, yaxın aylarda baş verə bilər. Bəzi məlumatlara görə, Amerika artıq İrana hərbi zərbə endirmək üçün bütün hazırlıq prosesini başa çatdırıb. Bu mərhələdə rəsmi Tehranın verəcəyi qərarlar İranın gələcək taleyində həlledici rol oynaya bilər. Əgər ABŞ İrana qarşı hərbi əməliyyatlara başlasa, bu, dəhşətli bir müharibənin başlanğıcına çevrilə bilər. Çünki İran zəif bir dövlət deyil və istənilən halda ABŞ-yə qarşı cavab reaksiyası göstərəcək, əks zərbələr endirməyə çalışacaq. Böyük ehtimalla ABŞ-İran arasında baş verəcək mümkün bir müharibə yalnız bu iki ölkə ilə məhdudlaşmayacaq. Yaxın Şərq regionu və İranın sərhədləri ətrafındakı digər bölgələr də bu münaqişədən təsirlənəcək, müxtəlif problemlərlə üzləşə bilər”.

Politolun sözlərinə görə, bütün bunları nəzərə aldıqda demək olar ki, ABŞ-İran müharibəsi hazırda dünya üçün ən uğursuz və arzuolunmaz variantdır, həmçinin çox təhlükəli savaş ehtimalıdır.

Sevinc İbrahimzadə / BEY MEDİA



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Ana Sayfa