Bankların mənfəəti kəskin azaldı – Bəziləri bağlanacaq?

Bankların mənfəəti kəskin azaldı - Bəziləri bağlanacaq?
like 193

2025-ci ilin yanvar- fevral ayında Azərbaycan bankları 179.4 mln. manat xalis mənfəət əldə edib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,3% azdır. Belə bir vəziyyətdə bəzi banklar bağlana bilər?

İqtisadçı ekspert Əli Əhmədov BEY MEDİA-a açıqlamasında bildirib ki, cəmi iki ayın nəticəsi əsasında hər hansı bir bankın bağlana biləcəyi ilə bağlı fikir yürütmək doğru olmaz. Çünki ilin əvvəlidir və bank biznesində də müəyyən mövsümiliklər mövcuddur. Üstəlik, sektorda kifayət qədər böyük gəlirlik müşahidə olunur:


“Düzdür, bankların birinci rüb üzrə göstəriciləri açıqlanandan sonra vəziyyət daha aydın olur. Baxmayaraq ki, ümumi bank sektorundan danışılır, həmin vəsaitlərin böyük hissəsi bir neçə iri bankın mənfəətindən ibarət ola bilər. Amma birinci rübün nəticələri açıqlandıqca bankların real durumu daha dəqiq görünəcək”.

Ekspertin fikrincə, ölkədə bağlanması gözlənilən, problemli vəziyyətdə olan bir bank yoxdur. Çünki bütün banklar Mərkəzi Bankın mütəmadi və sərt monitorinqi altında fəaliyyət göstərirlər:

“Ona görə də düşünürəm ki, bu cür göstəricilər bankın bağlanması üçün əsas ola bilməz. Hətta bir bankın zərərlə işləməsi də onun bağlanacağı anlamına gəlmir. Bankların nizamnamə kapitalı var, səhmdarların yatırdığı vəsaitlər mövcuddur, eyni zamanda bölüşdürülməmiş mənfəət və əvvəlki illərin zərərləri nəzərə alınır. Bu prosesləri banklar öz fəaliyyətləri çərçivəsində idarə edirlər. Bəzən banklar iri yatırımlar etdikdə müvəqqəti olaraq mənfəətləri azala və ya zərərə keçə bilər. Bu isə tamamilə normal biznes prosesidir və bir bankın bağlanması ilə nəticələnə bilməz”.

Sevinc İbrahimzadə / BEY MEDİA



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Ana Sayfa