Yanacaqdoldurma məntəqələri ilə bağlı qadağa tətbiq olunacaq

Yanacaqdoldurma məntəqələri ilə bağlı qadağa tətbiq olunacaq
like 112

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası “Yanacaq və elektrikdoldurma məntəqələri, Layihələndirmə normaları”nı təsdiq edib.

BEY MEDİA xəbər verir ki, bununla bağlı kollegiyanın sədri Anar Quliyev yeni qərar imzalayıb.


Qərara əsasən, yol ötürücülərində və onların altındakı yerlərdə yanacaqdoldurma məntəqəsinin yerləşdirilməsinə yol verilmir.

Bundan başqa, elektrikdoldurma məntəqələrinin tutumu elektrik avtomobil parkının mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də elektrik enerjisi doldurma avadanlıqlarının məhsuldarlığı əsasında müəyyən ediləcək. Yanacaq və elektrikdoldurma məntəqələrinin tutumu və arasındakı məsafələr hərəkətin intensivliyindən asılı olaraq aşağıdakı kimi müəyyən ediləcək:

Həmçinin maye mühərrik yanacaqlı yanacaqdoldurma məntəqəsinə əlavə tələblər müəyyənləşdirilib.

Komitənin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinə və Hüquq şöbəsinə Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə göndərilməsi tapşırılıb.

Bəs, yol ötürücülərində və onların altındakı yerlərdə olan yanacaqdoldurma məntəqələrinin taleyi necə olacaq?

Bu sualla Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etdik. Qurumdan Bizim.Media-ya bildirilib ki, yeni “Yanacaq və elektrik doldurma məntəqələri. Layihələndirmə normaları”na əsasən, yol ötürücülərində və onların altındakı yerlərdə yanacaqdoldurma məntəqələrinin yerləşdirilməsinə yol verilməyəcək:

“Qeyd edək ki, yeni normalar müvafiq qanunun qüvvəyə mindiyi tarixdən etibarən layihələndirilən sənədlərə şamil ediləcək”.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Ana Sayfa