fbpx

Baş nazir Əli Əsədov Monteneqro parlamentinin sədri ilə görüşüb

Baş nazir Əli Əsədov Monteneqro parlamentinin sədri ilə görüşüb
👁 1

BEY MEDIA İnformasiya agenti xəbər verir


Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov yanvarın 17-də Monteneqro parlamentinin sədri Aleksa Beçiç ilə görüşüb.

Nazirlər Kabinetindən Metbuat.az-a bildirilib ki, görüşdə Azərbaycan-Monteneqro dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirildi, A.Beçiçin səfərinin ikitərəfli əməkdaşlığın genişləndirilməsinə təkan verəcəyinə əminlik ifadə olundu.

Həmçinin, Azərbaycan ilə Monteneqro arasında ticari-iqtisadi, humanitar, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edildi.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Ana Sayfa