Site icon BEY.AZ

Messi bu sözlərinə görə cəzalandırıla bilər

Messi bu sözlərinə görə cəzalandırıla bilər

BEY.AZ informasiya agentliyi xəbər verir


FİFA Argentina millisinin kapitanı Lionel Messi haqda araşdırmalara başlayıb.
Metbuat.az offsideplus.az-a istinadən xəbər verir ki, dünyanın ali futbol qurumu bu addımı 35 yaşlı hücumçunun DÇ-2022-nin 1/4 mərhələsində Niderlanda qalib gəldikdən sonra etdiyi hərəkətə görə atıb.Belə ki, Messi matçdan sonra müsahibə verərkən, niderlandlı futbolçu Vout Veqorstla söz atışmasına çıxıb. O, həmkarına “Nəyə baxırsan, axmaq? Davam et”, – deyə cavab verib.FİFA futbolçunun davranış qaydalarını pozması səbəbilə onun haqqında araşdırma başladıb. “Leo”nun cəzalandırılacağı istisna edilmir. Onun haqqında qərarın dekabrın 13-də açıqlanacağı gözlənilir.Xatırladaq ki, Argentina yarımfinalda Xorvatiya ilə qarşılaşacaq.




Google News Abone ol

Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Messi #sözlərinə #görə #cəzalandırıla #bilər

Exit mobile version